“Fəaliyyətlərimizi böyük Azərbaycanımız qarşısında borc hesab edirik”.
İnterpress.az xəbər verir ki, bunu Rusiyanın Solikamsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev deyib.
“31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunduğuma görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən diaspor siyasəti üçün Dövlət Komitəsinə təşəkkür edir, Rusiyanın Solikamsk şəhərində yaşayan soydaşlarımız və öz adımdan bildirirəm ki, bundan sonra da hər zaman Vətənimizin yanında olacaq, dövlətimizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əllimizdən gələni edəcəyimizi bildiririk.
Bir daha Komitə sədri Fuad Muradov başda olmaqla komitənin bütün əməkdaşlarına təşəkkür edirəm. Son olaraq qeyd edim ki, Biz fəaliyyətlərimizi böyük Azərbaycanımız qarşısında borc hesab edirik”,- o bildirib.