Ukrayna Baş Qərargahından açıqlama: “Baxmut və Marinkada ən ağır döyüşlər davam edir”backend

Ukrayna Baş Qərargahından açıqlama: “Baxmut və Marinkada ən ağır döyüşlər davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən sutka ərzində Rusiya qüvvələri Liman, Baxmut, Avdiyvka və Marinka istiqamətlərində hücum əməliyyatları keçirməyə cəhd ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, ukraynalılar qeyd olunan istiqamətlərdə rusların 50-yə yaxın hücumunu dəf edib. Bundan əlavə, Baş Qərargah ən ağır döyüşlərin Baxmut və Marinka şəhərlərində getdiyini bildirib. Agentliyin məlumatına görə, Marinka istiqamətində ukraynalı müdafiəçilər Rusiyanın çoxsaylı hücumlarını dəf ediblər. Eyni zamanda Donetsk vilayətinin Georgiyevka və Pobeda yaşayış məntəqələri bombalanıb. Baş Qərargah bəyan edib ki, Rusiya qüvvələrinə cavab olaraq Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə ,1 zenit-raket kompleksi olmaqla 7 dəfə zərbə endirib. Qeyd olunub ki, ötən sutka ərzində müdafiəçilər 7 hücum və 8 kəşfiyyat aparatını məhv ediblər. Raket və artilleriya bölmələri komanda məntəqəsinə və rusların silah və hərbi texnikasının cəmləşdiyi 3 əraziyə zərbələr endirib