Ukrayna Daxili İşlər Nazirliyinə yeni rəhbər təyin olundubackend

Ukrayna Daxili İşlər Nazirliyinə yeni rəhbər təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Rada Qanun Mühafizəsi Komitəsinin sədri Denis Monastırski Ukrayna Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.

 

İnterpress.az bildirir ki, bu haqda Ukrayna parlamentinin mətbuat xidməti məlumat verib. İclasda 271 deputatdan 226-sı onun lehinə səs verib.

 

Qeyd edək ki, iyunun 13-də Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov istefa məktubu yazıb. Dünən Ali Rada Avakovu 2014-cü ilin fevralından tutduğu nazir vəzifəsindən azad edib.