Ukrayna ildırım sürətli əməliyyatlara başlamalıdır: fevrala kimi…backend

Ukrayna ildırım sürətli əməliyyatlara başlamalıdır: fevrala kimi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava şəraiti ilə əlaqədar cəbhədə fəallığın azaldığını, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini bildirib: “Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Lakin Ukrayna Silahlı Qüvvələri dayanmaq fikrində deyil. Ona görə də yerin sərtləşdiyi andan istifadə edərək, əminəm ki, əks-hücumlarımızı, ərazilərimizin azad edilməsi üzrə kampaniyamızı davam etdirəcəyik”, – o vurğulayıb.

O.Reznikov qeyd edib ki, Ukraynanın planı “çox sadədir – bu, Ukraynanın bütün müvəqqəti işğal edilmiş ərazilərinin Ukrayna sərhədlərinin beynəlxalq səviyyədə tanındığı 1991-ci il vəziyyətinə qədər azad edilməsidir”.

Doğrudan da, son vaxtlar Ukrayna Silahlı Qüvvələrinin əks- hücum əməliyyatlarında durğunluq müşahidə olunur. Əlbəttə, bunun əsas səbəbi əlverişsiz hava şəraitidir. Bir çox ekspertin əvvəlcədən dediyi kimi, qış fəslinin gəlməsi Ukrayna üçün çətinlik yaradır. Çünki qar texnikanın, o cümlədən tankların hərəkatinə çətinlik yaradır. Rusiya isə bu fürsətdən istifadə edərək canlı qüvvəsini və texnikasını bərpa etməyə, əlavə güc yığmağa çalışır. Əlbəttə, bu da rəsmi Kiyev üçün arzuolunan deyil.

Adətən Silahlar Qüvvələr əməliyyat planı barədə əvvəlcədən məlumat vermirlər. Və bu, düzgün hesab edilmir. Bu, bir növ “düşmən dəyirmanına su tökməkdir”. Lakin nəzərə almaq lazımdır ki, Ukrayna Silahlı Qüvvələrinin əks- hücum əməliyyatları ilə bağlı əvvəlcədən dedikləri sonradan reallaşmışdı. Məsələn, genişmiqyaslı əks- hücum əməliyyatları əvvəlcədən bildirilən vaxtda- avqust- sentyabrda baş tutmuşdu. Bu mənada Reznikovun bu dəfəki açıqlamasının da gerçəkləşəcəyinə inanmaq olar.

Yer buz bağlayandan sonra texnikanın hərəkəti üçün əvvəlki imkan yenidən bərpa olunmuş olacaq. Bu, Ukrayna Silahlı Qüvvələrinə əks- hücum əməliyyatlarını davam etdirməyə imkan verəcək.

Sözsüz ki, həmin vaxtadək Ukrayna ordusu mövcud potensialını, tərəfdaşlarından silah tədarükünü artırmağa çalışmalıdır. Çünki bu dəfəki mərhələ daha çətin ola bilər.
Ukrayna Silahlı Qüvvələrinin yeni genişmiqyaslı əks- hücum əməliyyatları ildırım sürətli olmalıdır. Rusiyaya, belə demək mümkünsə, göz qırpmağa imkan verilməməlidir. Yaşayış məntəqələri ard- arda azad edilməlidir. Bunun üçün isə Ukrayna ordusu indidən hazırlıqlara başlamalıdır.

Rəsmi Kiyevin növbəti genişmiqyaslı əks- hücum əməliyyatlarının nə vaxt başlayacağını dəqiq demək çətindir. Amma düşünmək olar ki, Ukrayna ordusu lazımi hazırlıqlara görərsə, fevrala kimi növbəti ciddi uğurlar əldə edə bilər. Yanvarda cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlərin baş tutacağı da istisna deyil.

Kənan Novruzov
İnterpress.az