Ukrayna Krımın əsas hərbi aerodromuna zərbə endirdiyini və dörd Rusiya təyyarəsinin vurulduğunu açıqlayıb.
İnterpress.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti ötən gecə Ukrayna ordusunun Rusiyanın Krımdakı əsas hərbi aerodromu Sakiyə hücum etdiyini bildirib.
SBU-nun məlumatına görə, zərbələr nəticəsində bir çoxməqsədli Su-30 qırıcısı “tamamilə məhv edilib”.
Daha bir Su-30 və üç Su-24 bombardmançı təyyarəsi zədələnib.
Xuraman Etibarlı
İnterpress.az