Ukrayna ölkənin bərpası ilə bağlı OECD sazişini imzalayıbbackend

Ukrayna ölkənin bərpası ilə bağlı OECD sazişini imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə “İmtiyazlar və immunitetlər haqqında” saziş bağlayıb.

Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal teleqram kanalında bildirib.

Onun sözlərinə görə, sənəd rəsmi Kiyevə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, belə desək, Əlaqə bürosunun fəaliyyətə başlaması üçün rəsmi əsas verir.

“Ukrayna OECD-nin potensial üzvü kimi tanındığından, ofis 2026-cı ilə qədər bərpa zamanı dövlətimizə dəstək vermək üçün fəaliyyət göstərəcək”, – D.Şmıqal məsələyə aydınlıq gətirib.

Siyasətçi əlavə edib ki, OECD Marşal planının müştərək icraçısı olub və indi Ukraynanın bərpasına kömək edəcək.