Ukrayna parlamentinin 20-yə yaxın deputatı xaricə qaçdıbackend

Ukrayna parlamentinin 20-yə yaxın deputatı xaricə qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın fevralın 24-də başlatdığı müharibədən sonra Ukrayna parlamentinin (Ali Rada) 20-yə yaxın deputatı ölkəni tərk edib.

İnterpress.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko məlumat verib.

“Müxtəlif rəqəmlər var, indi dəqiqləşdirməyəcəyəm… 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur”, – o deyib.

A.Korniyenko eyni zamanda, 9 deputatın Avropa Şurasında ezamiyyətdə olduğunu da xatırladıb.

Bildirilib ki, ölkədən qaçan xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur.