Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə Olimpiya Oyunlarında gümüş medal qazandıran azərbaycanlı idmançı Pərviz Nəsibovu təbrik edib.
O, öz İnstaqram hesabında bu barədə paylaşım edib.
Zelenski paylaşımda bunları yazıb: “Ukrayna üçün daha bir medal…Yunan-Roma güləşçisi Pərviz Nəsibov Olimpiadada uğurlu çıxış edib gümüş medal qazandı. Səmimi təbriklərimi çatdırıram”.
Qeyd edək ki, Pərviz Nəsibov finalda iranlı Məhəmməd Reza Qerayiya uduzaraq gümüş medal əldə edib.