Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16-nın qəzaya uğradığını təsdiqləyib.
interpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Rusiyadan Ukrayna ərazisinə raket hücumunu dəf edərkən, zenit-raket qüvvələrinin bölmələri ilə birlikdə Ukrayna Silahlı Qüvvələri F-16 qırıcılarından istifadə edib.
Hərbçilər hədəfə yaxınlaşarkən təyyarələrdən biri ilə əlaqənin kəsildiyini, daha sonra F-16-nın qəzaya uğradığı və pilotun öldüyü məlum olub.
Media qəzanı pilotun səhvi ilə əlaqələndirib.
Xuraman Etibarlı
İnterpress.az