Ukrayna XİN Makronun son açıqlamasına etiraz edibbackend

Ukrayna XİN Makronun son açıqlamasına etiraz edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynadakı fəaliyyətlərini soyqırımı adlandırmamasından təəssüf hissi keçirir.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko “Facebook”da bildirib.

O qeyd edib ki, Ukrayna və Rusiya obyektiv səbəblərə görə, tarixən yaxın olublar, lakin “iki qardaş xalq” mifi 2014-cü ildə Krımın işğalı və Donbasa hücumla dağıdılıb.

“Rusiyalı “qardaşlar” rusdilli əhalini qorumağa gəldilər. Amma səkkiz il ərzində 14 min ukraynalı öldürüldü. Mif son olaraq Rusiya raketlərinin fevralda Ukrayna şəhərlərinə uçması ilə dağıdılıb. Qardaş xalqlar uşaqları öldürmürlər, mülki şəxslərə atəş açmırlar, qadınlara təcavüz etmirlər, yaşlılara xəsarət yetirmir və evləri dağıtmırlar”, – Oleq Nikolenko vurğulayıb.

XİN rəsmisi əlavə edib ki, rusiyalılar və ukraynalılar arasında qardaşlıq bağlarından danışmaq üçün nə mənəvi, nə də real səbəb yoxdur.