Ukraynada hərbi vəziyyət 30 sutka uzadıldıbackend

Ukraynada hərbi vəziyyət 30 sutka uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski martın 26-dan etibarən ölkədə hərbi vəziyyətin 30 sutka uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.

Söhbət Ukrayna prezidentinin “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” fərmanının təsdiq edilməsi haqqında qanundan gedir.

“Bu qanun 26 mart 2022-ci il saat 05:30-dan etibarən Ukraynada hərbi vəziyyəti 30 sutka müddətinə uzadılmasını nəzərdə tutur”, – deyə məlumatda bildirilib.