Ukraynada ikiqat terror aktının qarşısı alınıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) İvano-Frankivsk şəhərinin mərkəzində planlaşdırılan ikiqat terror aktının qarşısını alıb.
İstintaqın məlumatına görə, Rusiya xüsusi xidmət orqanları şəhərin mərkəzi hissəsində yerləşən yaşayış kompleksinin həyətində ikiqat partlayış törətməyi planlaşdırıb.
Terror aktının praktiki hazırlanması ilə yerli işsiz bir şəxs məşğul olub.
Təqsirləndirilən şəxsə əldəqayırma partlayıcı qurğuları mətbəx qazanları şəklində maskalamaq tapşırılıb.
O, hər bir qazanın içinə 6 kiloqram partlayıcı maddə yerləşdirməli, detonatorları qoşmalı və dağıdıcı təsir gücünü artırmaq üçün daxilinə yüzlərlə metal bolt əlavə etməli idi.
Plana əsasən, birinci partlayıcı qurğu dayanacaqdakı mülki avtomobillərin arasında işə salınmalı idi.
Hadisə yerinə hüquq-mühafizə orqanları, xilasedicilər və tibb işçiləri gəldikdən sonra isə yaxınlıqda maskalanmış ikinci qurğu məsafədən uzaqdan idarəetmə ilə partladılmalı idi.
Şübhəli şəxs həbs edilib, araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






