31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Ukraynada yaşayan aztəminatlı azərbaycanlı ailələr də unudulmayıb.
Bakupost.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının təşkilatçılığı ilə hər ay “Xaricdə həmyerlilərinə dəstək ol!” şüarı altında keçirilən yardım aksiyasında Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edib.
Aksiya çərçivəsində Ukraynanın müxtəlif vilayətlərində diasporumuzun üzvləri olan 170 aztəminatlı azərbaycanlı ailəsinə hərəsində 30 kq ərzaq olan yardım qutuları göndərilib.
Layihənin reallaşması Ukraynada yaşayan azərbaycanlı iş adamı, diasporun fəxri sədri Oktay Əfəndiyevin maddi dəstəyi ilə baş tutub.