Ukraynalı deputat həbs olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, “Xalqın qulluqçusu”ndan olan deputat Aleksiy Kuznetsov PUA və elektron müharibə sistemlərinin alınmasında korrupsiya faktı ilə bağlı həbs edilib.
Xəbər verildiyi kimi, məhkəmə Kuznetsov barəsində 8 milyon UAH məbləğində girov qoymaq hüququ ilə 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, antikorrupsiya qurumları PUA-ların və elektron müharibə sistemlərinin alınmasında korrupsiya sxemini ifşa edib.
Araşdırmaya görə, hazırkı deputat Aleksey Kuznetsov, rayon və şəhər hərbi idarələrinin rəhbərləri, eləcə də Milli Qvardiyanın hərbçiləri iştirak ediblər.
Xuraman Etibarlı
İnterpress.az