Ukraynanı silahla təmin etmək üçün Yaponiyanın istənilən addımı düşmənçilikdir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Ukraynanın silahla təmin edilməsində iştirak etmək üçün Yaponiyanın istənilən addımı Rusiya tərəfindən düşmənçilik kimi qiymətləndirilir”, – Zaxarova deyib.
O, Tokionun hərbi yardımı koordinasiya edən NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Mərkəzinin işinə qoşulmaq qərarını belə şərh edib.
Zaxarova vurğulayıb ki, Rusiya Ukraynaya rusların öldürülməsi üçün avadanlıqların verilməsində iştirak etmək üçün Yaponiyaya sərt cavab verəcək.
Xuraman Etibarlı
İnterpress.az