Ukraynanın “Bayraqdar”ı var, amma Türkiyəsi yoxdurbackend

Ukraynanın “Bayraqdar”ı var, amma Türkiyəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbas problemi ilə bağlı “Minsk formatı” mövcuddur. Ancaq bu, bizim nümunəmizdə olduğu kimi, mənasız formatdır, Ukrayna torpaqlarının işğalını uzadır.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Donbasdakı son gərginliklərlə bağlı qeyd edib.

O bildirib ki, Vladimir Zelenski prezident seçiləndə müharibə istəmirdi:

“Ancaq sonda o da anladı ki, güc olmadan problem ölü nöqtədən tərpənməyəcək. Ukrayna ordusu son illərdə güclənib, yeni və modern hərbi texnika ilə təchiz olunub.

İkinci tərəfdən, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də Ukrayna hakimiyyətini, siyasi elitasını və cəmiyyətini yaxşı mənada ruhlandırıb. Ancaq Azərbaycanın arxasında Türkiyə var idi, təzyiqləri neytrallaşdırır, hərbi təcrübəsini bölüşürdü. Ukraynanı isə sözdə dəstəkləyənlər olsa da, əməldə Qərbdən Kiyevə real dəstək azdır. Tam əksinə, Ukraynanın bu ağır günündə Paris və Berlin açıqlama veriblər ki, “Sən niyə separatçılara qarşı “Bayraqdar” pilotsuz uçuş aparatlarından istifadə etmisən?”. Bu açıqlama ilə Paris və Berlin Moskvanın əlinə yağ sürtüblər”.

Politoloqun fikrincə, Paris və Berlini Ukrayna-Türkiyə tərəfdaşlığı da narahat edir.

Qeyd edək ki, İkrayna ordusu ilk dəfə “Bayraqdar” PUA-sından istifadə edərək, Donbasda atəş açan düşmən haubitsasını məhv edib. Bu, Donbas münaqişəsinin aktiv fazaya keçə biləcəyi barədə ehtimallara səbəb olub.   /axar.az/