“Mən 100% əminəm ki, Ukraynasız Rusiya sıfırdır”.
İnterpress.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Bloomberg-ə müsahibəsində bildirib.
O deyib ki, Ukraynasız Rusiyanın heç bir mənası yoxdur.
“Rusiyaya “imperiya” hissi verən Ukraynadır. Ona görə də Putin torpaqlarımızı işğal etmək imkanı uğrunda sona qədər mübarizə aparacaq.
Mən 100 faiz əminəm ki, Ukraynasız Rusiya sıfırdır”, – dövlət başçısı vurğulayıb.
“Ukrayna və Belarussuz Rusiya “kiçik normal ölkə” olacaq, amma “imperiya” olmayacaq”, – o əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az