Rusiyada 60 ton ağırlığında olan körpünü oğurlayaraq “metallom”a satıblar.
interpress.az xəbər verir ki, bu barədə “Baza” hüquq müdafiəçisi Svetlana Konovalovaya istinadən məlumat yayıb.
Bildirilir ki, Ryazan vilayətinin sakinləri 60 ton ağırlığında olan körpünü qırıntıya satmaq üçün oğurlayıblar.
Hadisə Skopin şəhərində baş verib. Naməlum şəxslər 60 tonluq körpünü kəsərək metal qırıntıları kimi satıblar. Körpünün hissələri Ryazanda toplama məntəqələrində tapılıb.
Qeyd olunur ki, hüquq müdafiəçisi Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə təqsirkarların tapılıb cəzalandırılması xahişi ilə müraciət edib.
Onun sözlərinə görə, yerli polis əməkdaşları 60 ton ağırlığında sübutlarla nə edəcəklərini bilmirlər.
Bundan əvvəl Buryatiya Respublikasının sakinləri insanların Tunkinski rayonunun inzibati mərkəzinə gedən “Böyük Zəngisan” çayı üzərindən keçən körpünün dağılması barədə məlumat veriblər. Sakinlərin bölgənin qalan hissəsi ilə əlaqəsi kəsilib.
Xuraman Etibarlı
İnterpress.az