Universitet tələbələrinin şənliyi QANLA BİTDİbackend

Universitet tələbələrinin şənliyi QANLA BİTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Corciya ştatının Fort-Valli şəhərində silahlı insident baş verib.

APA “Fox News”a istinadən xəbər verir ki, hadisə tələbələrin təşkil etdiyi şənlikdə baş verib.

Hüquq -mühafizə orqanlarından verilən məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat verilməyib.

Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdar edib.