Kalininqradda uşaq bağçasında infeksiya yayılması ilə bağlı araşdırma başlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Kalininqradda 76 nömrəli uşaq bağçasında 12 uşağın salmonellyoz xəstəliyinə yoluxmasından sonra İstintaq Komitəsi araşdırmaya başlayıb.
Onlardan 9-u xəstəxanaya yerləşdirilib.
Araşdırma müddətində uşaq bağçasının fəaliyyəti dayandırılıb.
Xuraman Etibarlı
İnterpress.az






