ÜST: “”Omicron”dan daha yoluxucu ştamlar olacaq”backend

ÜST: “”Omicron”dan daha yoluxucu ştamlar olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusun gələcək ştamları “Omicron”dan daha yoluxucu ola bilər”.

İnterpress.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove deyib.

ÜST rəsmisi qeyd edib ki, virus nə qədər çox yayılsa, bir o qədər dəyişikliklər baş verəcək.

O, eyni zamanda bildirib ki, “Omicron” son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran yeni ştamların yaranması real görünür.

“Koronavirusun yeni ştamlarının xüsusiyyətləri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar”.