Azərbaycanda hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanların növbədənkənar birotaqlı mənzillə təmin olunması təklif edilib.
İnterpress.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, ölkədə belə şəxslərin sayı çox azdır: “Rüfət Mehdiyev adlı gənc var. O, Vətən müharibəsində döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.