Vaqarşak Arutyunyan dörd gün əvvəl Moskvada Sergey Şoyqu ilə görüşüb, bu gün də telefonla danışıbbackend

Vaqarşak Arutyunyan dörd gün əvvəl Moskvada Sergey Şoyqu ilə görüşüb, bu gün də telefonla danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Nazirlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti, Qarabağdakı Rusiya sülhməramlılarının qarşıya qoyulan tapşırıqları icrası durumunu müzakirə ediblər.

Qeyd edək ki, V.Arutyunyan mayın 27-də Moskvada səfərdə olub və S.Şoyqu ilə görüşüb.

 

 

İnterpress.az