Vaşinqtonda Fələstin tərəfdarı olan 23 nümayişçi SAXLANILIBbackend

Vaşinqtonda Fələstin tərəfdarı olan 23 nümayişçi SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda Fələstin tərəfdarı olan 23 nümayişçi saxlanılıb.

interpress.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

İyulun 24-də minlərlə insan Vaşinqtonda İsrailin baş naziri Netanyahunun ABŞ Konqresindəki çıxışına etiraz etmək üçün toplaşıb.

Fələstin tərəfdarı nümayişçilər Amerika bayrağını və İsrail baş nazirinin təsviri olan kuklaları yandırıblar.

Onlar həmçinin Kolubmus fəvvarəsinin üzərinə “HƏMAS gəlir” və “Azad Qəzza” şüarlarını çəkiblər.

Bundan əlavə, polislə etirazçılar arasında toqquşma baş verib. Nəticədə 23 nəfər saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az