Vatikan 17 məşuqəsi olan yepiskopu vəzifədən AZAD ETDİbackend

Vatikan 17 məşuqəsi olan yepiskopu vəzifədən AZAD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikan rahibə də daxil olmaqla 17 məşuqəsi olan perulu yepiskopu işdən çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Vatikan Perudan olan 51 yaşlı yepiskop Siro Kispe Lopesu 17 qadınla, o cümlədən rahibə ilə münasibətinə görə vəzifədən uzaqlaşdırıb.

Skandal onun təsadüfən intim foto və videoları xidmətçisinə göndərməsi ilə üzə çıxıb.

Xidmətçi materialları kilsə rəhbərliyinə təqdim etdikdən sonra araşdırma başlayıb.

Məlum olub ki, yepiskopun məşuqələri bir-birindən xəbər tutaraq mübahisə salıblar.

Lopes həmçinin kilsə əmlakından şəxsi məqsədlərlə istifadə etməkdə də ittiham olunur.

Ruhaninin sözlərinə görə, bütün iddialar “qaralama kampaniyası”dır.

Xuraman Etibarlı

İnterpress.az