Bişkekdə vətəndaşları terror təşkilatlarına cəlb edən əcnəbi saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Bişkekdə vətəndaşları terror təşkilatlarına cəlb edən əcnəbi həbs olunub.
Saxlanılan şəxs özü “Özbəkistan İslam Hərəkatı” və “Camaat ət-Tövhid vəl-Cihad” radikal islamçı təşkilatlarının fəal üzvüdür.
Xuraman Etibarlı
İnterpress.az