Vladimir Putin Priqojinin “Vaqner” hərbi qrupunun üzvlərinə rəsmi olaraq dövlətə sadiqlik andı imzalamağı əmr edibbackend

Vladimir Putin Priqojinin “Vaqner” hərbi qrupunun üzvlərinə rəsmi olaraq dövlətə sadiqlik andı imzalamağı əmr edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Priqojinin “Vaqner” hərbi qrupunun üzvlərinə dövlətə sadiqlik andı imzalamağı əmr edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, Putin artıq bu fərmanı imzalayıb.

Sənəddə bildirilir ki, Ukraynada hərbçilər adından istənilən növ hərəkəti həyata keçirən hər kəs rəsmi olaraq Rusiyaya sadiqlik andı içməyə borcludur.

Xatırladaq ki, avqustun 23-də Rusiyada Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Priqojinin təyyarənin sərnişinləri arasında olduğu bilinsə də, onun ölümü rəsmi olaraq təsdiqlənməyib. Həmçinin, təyyarənin göyərtəsində olan insanların hamısının öldüyü məlum olub. Daha sonra Putin həlak olanların ailə üzvlərinə başsağlığı verib və Priqojin haqqında : “O, ağır taleyi olan insan idi”- deyə bildirib.