Türkiyə Kosovoya minlərlə döyüş dronu göndərərək BMT Nizamnaməsini pozub.
İnterpress.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib. Vuçiç Türkiyəni beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edib.
Onun sözlərinə görə, Ankara Kosovoya minlərlə “Skydagger” tipli zərbə dronu göndərib.
Vuçiç qeyd edib ki, bu addım regionda gərginliyi daha da artırır və Balkanlarda sülhə birbaşa təhdid yaradır.
“Bu, açıq şəkildə beynəlxalq hüquqa ziddir. Heç bir ölkə başqa bir dövlətin ərazisində birtərəfli şəkildə silahlandırmaya yol verməməlidir,” – o bildirib.
Serbiya lideri beynəlxalq ictimaiyyəti bu məsələyə reaksiya verməyə çağırıb və regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az