“Xan” şirniyyat evində antisanitar vəziyyət – DƏHŞƏTLİ MƏNZƏRƏ/FOTOLARbackend

“Xan” şirniyyat evində antisanitar vəziyyət – DƏHŞƏTLİ MƏNZƏRƏ/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nərimanov rayon Fətəli xan Xoyski küçəsi 138 A ünvanında yerləşən “Xan” şirniyyat evinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə redaksiyamıza şikayət daxil olub.

Burada qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena, norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib. Sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, istehsal sahəsində istifadə olunan qab, ləvazimatlar və xammalın açıq şəkildə birbaşa döşəmənin və işçi masaların üzərində saxlanıldığı məlum olub. Istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğrularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirilir.Məhsullar qida təhlükəsizliyinin norma və qanunlarına zidd olaraq taxta stol üzərində hazırlanır.

İçəridə havalandırma sistemi bərbad vəziyyətdədir. Xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirilir. Şirniyyat evində çalışan işçi heyəti əlcəksiz,uniformasız və əmək müqaviləsi olmadan çalışdırılır. Həmçinin obyektdə kassa aparatı quraşdırılmamışdır.Məqsəd isə təbii ki, vergidən yayınmaqdır.Sexdə istehsal olunan məhsullar şəhərin marketlərinə paylanılaraq satılır və buradan da süfrəmizə gəlir.

Antisanitar vəziyyətdə hazırlanan bu məhsullar insan sağlamlığına ciddi fəsadlar törədir./Busaat.az

Fotoları təqdim edirik:

image-9 image-5 image-6 image-7image-8 image-xan4