YAP-çı deputat Elçibəyin adının əbədiləşdirilməsindən danışdı: “Niyə də olmasın?“backend

YAP-çı deputat Elçibəyin adının əbədiləşdirilməsindən danışdı: “Niyə də olmasın?“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Azərbaycanda yerləşən məktəb, küçə və ya başqa məkanlardan birinə Elçibəyin adının verilməsini təklif edənlər var.

Milli Məclisi YAP-dan olan deputatı Elman Nəsirov mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, qanuna uyğun hərəkət edilməli olduğunu qeyd edib:

“Milli Məclisdə eks-prezidentlər haqqında qanun qəbul edilib. Eks-prezidentlərin statusu haqqında qanunda icazə verilən bütün addımların atılması mümkündür. Qanun onların adlarının əbədiləşdirilməsi də özünü əks etdirirsə niyə də olmasın? Hər bir addımın atılması konkret qanuna söykənməlidir”.