Yaponiya İmperatoru xəstəxanadan evə buraxılıbbackend

Yaponiya İmperatoru xəstəxanadan evə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın İmperatoru Naruhito prostat vəzinin adenomasına görə histoloji müayinədən keçdiyi xəstəxanadan evə buraxılıb.

Bu barədə “NHK” məlumat yayıb.

Monarx təxminən bir gün tibb müəssisəsində olub. 62 yaşlı Naruhitoda prostat adenoması MRT müayinəsindən sonra aşkar edilib.

İmperatorun özü xəstəliyin heç bir əlamətini hiss etmir.

Qeyd edək ki, Naruhito 2019-cu il mayın 1-də taxta çıxıb.