Yaponiyada 7,7 maqnitudalı ZƏLZƏLƏ: 3 metrlik SUNAMİ TƏHLÜKƏSİ – VİDEObackend

Yaponiyada 7,7 maqnitudalı ZƏLZƏLƏ: 3 metrlik SUNAMİ TƏHLÜKƏSİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada güclü zəlzələdən sunami təhlükəsi elan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Yaponiyanın şimal-şərqində yerləşən Tohoku bölgəsinin sahillərində güclü zəlzələ baş verib.

Seysmoloqların ilkin qiymətləndirmələrinə görə, zəlzələnin maqnitudası 7,7-yə çatıb.

Yeraltı təkanlardan sonra mütəxəssislər sahil bölgələrində hündürlüyü 3 metrə qədər çata biləcək sunami təhlükəsi barədə xəbərdarlıq ediblər. Əhaliyə təhlükəsiz yerlərə keçmələri tapşırılıb.

Hesablamalara görə, əsas zəlzələdən sonra bölgədə maqnitudası 5,4-ə çatan altı afterşok qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az