Yaponiyada təyyarə bomba həyəcanı ilə əlaqədar məcburi eniş edibbackend

Yaponiyada təyyarə bomba həyəcanı ilə əlaqədar məcburi eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın paytaxtı Tokionun “Narita” hava limanından Fukuokaya uçan “Jetstar” sərnişin təyyarəsi Naqoya hava limanına məcburi eniş edib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, təyyarənin məcburi enməsinə səbəb bomba təhlükəsi xəbərdarlığı olub. Hüquq-mühafizə orqanları vəziyyəti araşdırıb, mütəxəssislər isə borta baxış keçirir.

Telekanalın məlumatına görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç biri zərər çəkməyib. Naqoyadakı Çubu hava limanında uçuş-enmə zolağı bağlanıb.