Yaponiyada Türkiyədən olan iki ailə arasında kütləvi dava baş verib.
Yaponiyada Qars və Ordu şəhərlərindən olan iki türk ailəsi arasında münaqişə baş verib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yaponiyada Türkiyədən köçmüş iki ailə arasında kəskin münaqişə və kütləvi qarşıdurma qeydə alınıb.
Hadisə iştirakçılarının Türkiyənin Qars və Ordu şəhərlərindən olan miqrant ailələr olduğu müəyyən edilib.
Məlumata görə, tərəflər arasında yaranan şəxsi mübahisə qısa müddətdə kütləvi davaya çevrilib.
İnsidentin miqyasını nəzərə alan yerli polis qüvvələri asayişi bərpa etmək üçün hadisəyə dərhal müdaxilə etməli olub.
Hadisə nəticəsində yaralananların olub-olmaması və münaqişənin dəqiq hansı səbəbdən baş verdiyi yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qanun pozuntusuna yol verən şübhəli şəxslərin saxlanıldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.аz






