Yaroslavlda Azərbaycanın dövlət bayramları qeyd edilibbackend

Yaroslavlda Azərbaycanın dövlət bayramları qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yaroslavl şəhərində Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib.

 

İnterpress.az xəbər verir ki, Mədəniyyət Mərkəzində baş tutan tədbir “Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilib.

 

Öncə torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan “Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Asiman Hüseynov soydaşlarımızı və qonaqları möhtəşəm bayramlar münasibətilə təbrik edib. Yaroslavlda yaşayan bütün soydaşlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi  və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə olunan parlaq qələbə və Azərbaycan bayrağının yenidən Qarabağın azad edilmiş ərazilərində dalğalandırılması ilə qürur duyduqlarını vurğulayıb.  

 

Tədbirdə çıxış edən Qarabağ savaşının qaziləri, təşkilatın gənclər qanadının üzvləri Vətən müharibəsinin tarixi anlarından danışıblar.

 

Tədbir Azərbaycana, Zəfər və Bayraq günlərinə həsr olunmuş maraqlı viktorinanın keçirilməsi ilə yekunlaşıb. Viktorina iştirakçılarına təşəkkürnamələr təqdim edilib.