“YAŞAT” Fonduna daxil olan vəsaitin 71 612 351,53 manatı xərclənib.
Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Fonddan məlumat verilib.
Bildirilib ki, vəsaitin 41 milyondan çoxu məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunub.
Bundan əlavə, 22 milyondan çoxu tibbi xərclərin ödənilməsi, 7 milyona yaxını borc öhdəliklərinin qarşılanması, 2 milyona yaxını isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına xərclənib.
Qeyd edək ki, Fonda indiyədək 75 846 318,85 manat vəsait yığılıb.
Hazırda Fondda 4 233 967,32 manat vəsait qalıb.
Daha ətraflı Fonda daxil olan vəsaitin məbləğini oxuyun: “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
Minayə Əlili
İnterpress.az






