Yaşayış minimumun məbləği ARTIRILACAQbackend

Yaşayış minimumun məbləği ARTIRILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

 

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur.

 

Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə məbləği 196 manat manat olub.