Yay kinoteatrları pandemiyanın kinomuza vurduğu zərəri azalda bilər – ŞƏRHbackend

Yay kinoteatrları pandemiyanın kinomuza vurduğu zərəri azalda bilər – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiyanın kinomuza vurduğu zərəri yay kinoteatrları azalda bilər.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov deyib.

Bildirib ki, bu yay kinoteatrlarının daimi məkanlar olması mütləq deyil:

“Bir neçə aydır ölkənin bəzi şəhərlərində açıq havada nümayişlər gedir. Yaxşı nümunədir. Amma yenə də dəymiş zərəri qaytara bilməz. Kinoteatral nümayiş mütləq bərpa olunmalıdır. Həmçinin bizdə pullu nümayiş platformaları da var. Amma onların gəlirliliyə çıxması üçün böyük vaxt lazımdır.

“YouTube” kanallarından da reklam əvəzində gələn vəsait böyük deyil. Əsas gəlir mənbəyi televiziya kanallarının nümayiş haqqı ola bilər, o da bizdə çox aşağı səviyyədədir. Telekanallarımızın Azərbaycan filmlərinin nümayişinə verdiyi pul gülməlidir. Bu məsələdə maraqlı tərəflər bir konsensusa gəlməlidir.

Xüsusilə, Azərbaycan filmlərinin televiziya premyerası yüksək qiymətləndirilməlidir. Televiziyalar Azərbaycan kinosu hesabına reklam cəlb edir, amma bu gəliri bölüşmək istəmirlər”.