Yeni aldığı Land Rover YANDI: Satıcının yalanı ÜZƏ ÇIXDI – FOTObackend

Yeni aldığı Land Rover YANDI: Satıcının yalanı ÜZƏ ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perm sakini 800 min rubla aldığı Land Rover-i evə apararkən yandırıb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sergey 2007-ci il istehsalı Land Rover Freelander II avtomobilini 800 min rubla (təxminən 15 min 850 man) alıb.

Satıcı avtomobilin qəzaya düşmədiyini və rənglənmədiyini bildirib. Avtoservisdə aparılan yoxlama zamanı da problem aşkarlanmayıb.

Lakin avtomobil alındıqdan cəmi dörd gün sonra kapotun altından tüstü çıxmağa başlayıb. Bir neçə dəqiqə ərzində mühərrik bölməsi tamamilə yanıb və avtomobil yararsız vəziyyətə düşüb.

Bundan sonra Sergey avtomobilin tarixçəsini yoxlayaraq onun daha əvvəl dörd dəfə qəzaya düşdüyünü müəyyənləşdirib.

Sergeyin vəkili Alfiya Safinanın sözlərinə görə, satıcının elandakı məlumatları bilərəkdən yanlış göstərdiyi sübut olunarsa, ödənilən 800 min rublun geri qaytarılması mümkündür.

Alıcı həmçinin 40 min rubl (təxminən 814 manat) hüquqi xərc və 50 min rubl (təxminən 1 018 manat) mənəvi zərər tələb edir.

Tələbin yerinə yetirilməməsi halında hər gecikdirilən gün üçün 8 min rubl (təxminən 163 manat) cərimə və əlavə olaraq məhkəmənin təyin etdiyi məbləğin 50 faizi həcmində cərimə tətbiq oluna bilər.

Xuraman Etibarlı

İnterpress.az