Türkiyədə yeni evlənən cütlük toydan qayıdan zaman qəzaya düşərək ölüb.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kütahyanın Tavşanlı rayonunda toy edən 23 yaşlı Mustafa və 22 yaşlı Havvanur Özerin avtomobili Emet rayonuna qayıdarkən qarşı tərəfdən gələn digər avtomobillə toqquşub.
Hadisə nəticəsində yeni evlənən Özərlərin hər ikisi dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az