Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar varbackend

Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

“VAZ-21015” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində, “VAZ” markalı avtomobildə olan, Yevlax şəhər sakinləri, 1982-ci il təvəllüdlü Rəsul Əsədov və 1985-ci il təvəllüdlü İlkin Şəmilov xəsarət alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.