Yuxu üçün istifadə olunan melatonin əlavələri ürəyə ciddi ziyan vurur.
İnterpress.az xəbər verir ki, bu barədə tədqiqatçı alimlər məlumat yayıb.
Aparılan son elmi araşdırmalar yuxu pozğunluqlarının müalicəsində geniş istifadə olunan melatonin əlavələrinin ürək-damar sistemi üçün təhlükəli ola biləcəyini üzə çıxarıb.
Xroniki yuxusuzluqdan əziyyət çəkən 130 min pasiyentin məlumatları əsasında aparılan tədqiqat göstərir ki, bir ildən çox müddətdə melatonin qəbul edənlərdə ürək çatışmazlığı riski 90% artıb, xəstəxanaya yerləşdirilmə ehtimalı isə 3,5 dəfə yüksəlib.
Alimlər xəbərdarlıq edir ki, melatonin zərərsiz bir vitamin deyil, güclü təsirə malik hormondur.
Belə ki, aptekdən alınan bir həbdəki melatonin miqdarı beynin bir gecədə təbii yolla ifraz etdiyi miqdardan on dəfələrlə çoxdur.
Mütəxəssislərin fikrincə, uzun müddət melatonin qəbul etdikdə orqanizm özünün bioloji saatlarını sinxronlaşdırma qabiliyyətini itirir. Bu da öz növbəsində qan damarlarına və ürək əzələsinin işinə ciddi mənfi təsir göstərir.
Xuraman Etibarlı
İnterpress.az






