Zaur Baxşəliyevdən ağır sözlər: “Sənin anan, bacın…“backend

Zaur Baxşəliyevdən ağır sözlər: “Sənin anan, bacın…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qadın uşağı ata evindən gətirmir. Heç bir qadın istəməz ailəsi dağılısn. Xoşbəxtliyindən qaçmır, ona arxa duran kişini yerə vurub getmir. Hər bir qadının bir arzusu var: ana olmaq, gəlinlik geyinmək, övlad qucağına almaq, halal çörək gətirən ərin qayğısına qalmaq”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. O, proqramına gələn, həyat yoldaşından şiddət görən qadınla bağlı danışıb. Zaur qadınların cəmiyyətdə incidilməsindən, əzilməsindən söz açıb:

“Ailəyə müdaxilə olanda dağılır. Ər ərliyini icra etməyəndə olur. Hər şey ər tərəfindən, ömrünü bağlamaq istədiyi insan tərəfindən oldu. Ömrünü, günün bağlamaq istədiyi adam tərəfindən edilir. Atasını, anasını, doğmalarını qoyub qapısından içəri girdiyi insan tərəfindən olur. Qadınlar niyə bu qədər əzilməlidir? Nəyə görə bunu haq edib? Sənin anan, bacın qadın deyil? Bir qadını hansı həddə çatdırmaq lazımdır ki, ağır söz desin? Anana qadın kimi baxırsan, başqasının qızına, uşaqlarını dünyaya gətirənə dırnaqarası baxırsan? Alınmır, adam balası kimi denən alınmır. Burdan sığal çək, ordan təhqir et. Bir kişi qadına bunu edərmi?”.