Zelenski NATO Parlament Assambleyasında çıxış edəcəkbackend

Zelenski NATO Parlament Assambleyasında çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Madrid şəhərində NATO Parlament Assambleyasının 68-ci illik sessiyası açılır.

Bazar ertəsi Alyansın Baş katibi Yens Stoltenberq, Ukrayna Prezidenti Volodimir Zelenski (videoformatda) və İspaniyanın Baş naziri Pedro Sançesin çıxış edəcəyi gözlənilir.

Assambleyada 30 Alyans ölkəsindən, həmçinin NATO-nun tərəfdaş ölkələrindən 288 parlamentari iştirak edəcək.

Xatırladaq ki, Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayevin NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəyi bildirilmişdi.