Zelenski qələbədən sonra ilk olaraq nə edəcəyini açıqladıbackend

Zelenski qələbədən sonra ilk olaraq nə edəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsindən sonra azad edilmiş Krıma dənizə getmək istədiyini açıqlayıb.

Bu barədə Zelenski Çexiya televiziyasına müsahibəsində bildirib.

“Krıma gedəcəyəm. Mən dənizi görməyi çox istəyirəm”, – deyə Ukrayna lideri jurnalistin bu barədə sualını cavablandırıb.

“Bu, qışda olmayacaq. Qışda dənizdə nə etmək olar? Mən ora hava isti olanda gedəcəm”, – deyə o əlavə edib.

Zelenski həmçinin gələn yay qalibiyyət gözləyib-gözləmədiyi barədə sualı da cavablandırıb. O qeyd edib ki, bunu çox istəyir.

“Qələbə bizim olacaq”, – deyə Ukrayna Prezidenti əminliyini vurğulayıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov gələn ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Krıma hücumunu proqnozlaşdırmışdı.

Bundan əlavə Zelenski qeyd edib ki, Ukrayna Krımı qaytardığı zaman Rusiyanın təcavüz potensialı məhv ediləcək.

Mənbə: Rbc.ua