Zəlimxan Məmmədli sükutu pozdu: “Alışmaq günün tələbatıdır”backend

Zəlimxan Məmmədli sükutu pozdu: “Alışmaq günün tələbatıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haqq Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin HƏP-in Prezident İlham Əliyevin siyasi xəttini və xarici siyasət kursunu dəstəkləməsi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

İnterpress.az xəbər verir ki, siyasətçi bununla bağlı partiyanın İdarə Heyətinin üzvləri ilə birlikdə çəkilmiş fotonu paylaşaraq aşağıdakı statusu yazıb:

“HƏP ümumilli məsələlərdə, konkret halda Qarabağ problemi və dövlət təhlükəsizliyi ilə bağlı siyasi uzlaşmanı vacib hesab edir. İndiki durumda, 03 noyabr 2022 tarixində HƏP İdarə Heyəti yekdilliklə dövlətçı mövqe nümunəsi göstərərək Prezident İlham Əliyevin Qarabağ probleminin həlli ilə bağlı siyasi xəttini, eyni zamanda mürəkkəb geosiyasi durumda Prezidentin yürütdüyü xarici siyasət kursunu dəsəklədiyini bəyan etdi”.

Z.Məmmədlinin bu paylaşımı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəziləri partiyanın fəaliyyətini tənqid edib, bəziləri i partiyanın sədri Əli İnsanovu ittiham edib.

Belə ki, sosial şəbəkə istifadəçiləri Z.Məmmədlini təmsil olunduğu partiyanın rəhbərliyinin və üzvlərinin Prezident İlham Əliyevin siyasətini dəstəklədiyi üçün sərt tənqid ediblər. Bundan sonra Z.Məmmədli onu tənqid edənlərə cavab olaraq aşağıdakıları yazıb:

“Duyğusal, əsəbi, inkarçı, aqressiv mövqelərdən təəccüblənmirəm. Təəssüf etdiyim odur ki, heç bir ümid yeri qoymayan ənənəvi mövqedən imtina edə bilməyən, yenilikçiliyi inkar edən düşüncədə olanlarımız hələ də var. Yeni dünya düzəni, yeni münasibətlər sisteminə alışmaq günün tələbatıdır.
Gurcüstanı analiz edin. Xalq hərəkatı orada şərəfli tarixdir. Siyasətdə bir neçə nəsil dəyişib… Dəyişməyə, yenilənməyə həvəsli olmalıyıq”.