“Zəngilanda ev tikdirəcəm“ – Tanınmış ifaçıbackend

“Zəngilanda ev tikdirəcəm“ – Tanınmış ifaçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ata yurdunun azad olunduğuğu bildirib.

İnterpress.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi hisslərini izləyiciləri ilə bölüşüb:

“Bizim də kəndimiz işğaldan azad edildi. Babam Zəngilanın Şəfibəyli kəndindəndir. Heç vaxt orada olmamışam. Hər zaman arzulayırdım ki, işğaldan azad edilsin gedib oranı görüm. İndi isə sevincimin həddi-hüdudu yoxdur. Arzumun bir qismi reallaşdı. O torpaqlara ayaq basacağım anı səbirsizliklə gözləyirəm. İnşallah, orada ev tikdirəcəm. Bu, mənim çoxdankı arzumdur”.

İnterpress.az