Zibil qutusunun yanında körpə meyiti AŞKARLANDI: Kəsici-deşici alətlə ÖLDÜRÜLÜBbackend

Zibil qutusunun yanında körpə meyiti AŞKARLANDI: Kəsici-deşici alətlə ÖLDÜRÜLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada zibil qutularının yanında bıçaq yaraları olan körpənin cəsədi tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva vilayəti İstintaq Komitəsi məlumat yayıb.

Moskva vilayətinin Serpuxov rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Bolşevik qəsəbəsindəki zibil konteynerlərinin yaxınlığında üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan körpə meyiti tapılıb.

İlkin məlumatlara görə, körpə vaxtından əvvəl və tibbi yardım olmadan doğulub.

Faktla bağlı “Yeni doğulmuş uşağın ana tərəfindən öldürülməsi” maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hüquq-mühafizə orqanları körpənin anasını tapmaq üçün axtarış tədbirləri həyata keçirir.

Xuraman Etibarlı

İnterpress.az