Niderlandda cinayətkarlar pul oğurlamaq üçün bankomatı partladıblar
İnterpress.az xəbər verir ki, bu barədə “NU.nl” məlumat yayıb.
Niderlandda cinayətkar qrup pul oğurlamaq məqsədilə bankomatı partladıb. Güclü partlayış nəticəsində yaxınlıqdakı bir neçə yaşayış binasına ciddi ziyan dəyib.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları iki şübhəli şəxsi saxlayıb. Faktla bağlı araşdırmalar davam edir.
Xuraman Etibarlı
İnterpress.az






