ABŞ-də ağacda yuxuladılan ayı xilasedicilərin qurduğu torun üzərinə düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ-nin Olbani şəhərində qeyri-adi xilasetmə əməliyyatı keçirilib. İkinci prospektdə yerləşən ağaclardan birinə dırmaşan ayı xilasedicilər tərəfindən yuxuladıcı iynə vasitəsilə yatızdırılıb.
Yuxuya gedən heyvan ağacdan aşağı düşərkən xilasedicilərin əvvəlcədən hazırladığı torun üzərinə düşüb.
Əməliyyat üçün ərazidə nəqliyyatın hərəkəti bir neçə saatlıq dayandırılıb. Xoşbəxtlikdən, ayı bu əməliyyat zamanı xəsarət almayıb.
Xuraman Etibarlı
İnterpress.az






